Arxiv
23 May 2018, 14:47 | AKTUAL
Dörd ayda Azərbaycana gələn və gedənlərin sayı AÇIQLANDI

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.

 

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlib.

 

Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb. İrandan gələnlərin sayında 5,4 faiz azalma müşahidə edilib.

 

Yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,4 faiz artaraq 32 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4 faiz artaraq 284,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

 

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 289 min nəfər olub. Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiya Federasiyasına, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4 faizi kişilər, 31,6 faizi isə qadınlar olub.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,1 faiz azalıb.

 

Yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mədəniyyət xadimlərinə fəxri adlar verilib – SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03 Dağıstanda 4,5 bal gücündə zəlzələ olub 25 May 2019, 08:56 Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05