Arxiv
23 May 2018, 18:02 | AKTUAL
Heyvanlara ölüm gətirən qorxulu xəstəliyin ƏLAMƏTLƏRİ

Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri davam etdirilir

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yolucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. 2018-ci ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı  1592054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılmışdır. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

 

 

Nodulyar dermatit xəstəliyinin  profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarına edilmiş əlavəyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilir.

 

KLİNİKİ ƏLAMƏTLƏRİ:

Xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən hərarəti 40°C qədər artır), iştahanın zəifləməsi, gözdən yaş axması, burunun selikli qişasından axıntılarla müşayiət olunur. Xəstəliyin 48 saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aydın müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində süd azalır. Nadir hallarda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları qeyd olunur.

 

 

Virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələ gəlməsi dərinin epitelial hüceyrələrinin giperplaziyası ilə müşayiət olunur.

 

Xəstəliyin ağır formasında uzun müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir. Bədən nahiyəsinin hər yerində və görünən selikli qişalarında düyünciiklər əmələ gəlir, xəstəliyin ağırlaşma dövründə traxeyanm, udlağm zədələnməsi və bronxopnevmoniyanm nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər.

 

 

 PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ :

Xəstələnmiş heyvanların 90%-i sağalır. Heyvanlar üçün xüsusi saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Xəstə heyvanlar təcrid olunur. Dezinfeksiya maddələri ilə duş qurğuları vasitəsi ilə heyvanları çimizdirmək lazımdır. Xəstəliklə mübarizə planına ölkə ərazisində peyvəndləmə tədbirləri aparılır. Hal-hazırda beynəlxalq təcrübədə heterogen (qoyun və keçi çiçəyi peyvəndi) və homogen (netling ştamı) peyvəndlərindən istifadə edilir. Azərbaycanda heterogen qoyun çiçəyi virusundan hazırlanmış peyvənd tətbiq olunur. Xəstəliyin yayılmasının qarşısını almaqdan ötəri, qansoran həşəratlara görə tədbirlər görülür. Onlar xəstəliyi həm sancmaqla, həm də mexaniki ötürə bilərlər.

 

XƏSTƏLİYİN MUALİCƏSİ:

Xəstə heyvanlar təcrid olunur və simptomatik müalicə aparılır: ağrıkəsici və ürək-sinir sakitləşdirici dərman vasitələri tətbiq edilir, ikincili infeksiyalara qarşı antibiotiklər tətbiq olunur. Heyvanların ümumi durumunu və imuniteti gücləndirmək üçün köməkçi vasitələr istifadə olunur. Xəstəlikdən sağalmış heyvanlarda güclü immunitet yaranır.

Xəstəlik barədə ətraflı məlumatı saytımızın http://www.vet.gov.az/az/content/news/966 bağlantısından oxuya bilərlər.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03