Arxiv
23 May 2018, 18:37 | AKTUAL
Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirilib.

 

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “19-cu əsrdə Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən tərəfindən işğal edilərək pərakəndə xanlıqlar formasında imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil və 114 min kv. km ərazini əhatə edən bir  dövlət kimi çıxdı. Cümhuriyyət qurucuları intellektual potensialı,  xalqına, millətinə olan sevgisi, qayğısı və sədaqəti ilə  birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar”.

 

Azay Quliyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Əgər 100 il bundan öncə Azərbaycan Cümhuriyyəti yaranmasa idi,  şübhəsiz  indiki müstəqil dövlətimiz də olmazdı. Azərbaycan ən yaxşı halda bolşevik inqilabından sonra Rusiyanın bir əyaləti kimi Sovetlərin tərkibinə qatılacaqdı və SSRİ dağılandan sonra isə Rusiya Federasiyasının bir subyektinə çevriləcəkdi: “Təkcə bu tarixi nailliyyətə görə biz cümhuriyyət qurucularının ruhu qarşısında baş əyir, onların əziz xatirəsini minnətdarlıq hisssi ilə anırıq”.

Şura sədri deyib ki, qısa müddətdə milli valyuta,  ordu, universitet yaradan, Avropanın bir çox dövlətlərindən və ABŞ-dan fərqli olaraq  qadın və kişilərin hüquq bərabərliyini elan edən, qadınlara səs vermək hüququ verən Cümhuriyyət təəssüflər olsun ki, cəmi 23 ay mövcud oldu və Sovet Rusiyasının işğalı səbəbindən süquta uğradı.

 

Azay Quliyev bildirib ki, ümummili lider Heydər Əliyev Cümhuriyyət qurucularının arzularını gerçəyə çevirdi və müstəqilliyimizi əbədi etdi. Cənab Prezident İlham Əliyev isə müstəqil Azərbaycanı daha da gücləndirdi və regionun söz sahibi olan güc mərkəzinə çevirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransda geniş məruzə ilə çıxış edib. İyirminci əsrin əvvəllərində Cənubi Qafqazdakı mürəkkəb siyasi vəziyyəti təhlil edən alim 19-cu əsrdə regiona Çar Rusiyası tərəfindən yeni və yad millətin-ermənilərin  köçürülməsindən sonra yüz minlərlə azərbaycanlının vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırıb. Y. Mahmudov qeyd edib ki, Azərbaycanın ziyalıları, igid övladları bütün çətinlikləri aşarak müstəqil dövlət qurmağa nail olublar.

 

Akademik deyib ki, Azərbaycan xalqı Cümhuriyyəti qurmaqla dünyaya sübut etdi ki, 5 min illik dövlətçilik tarixinə malik bir milləti məhv etmək mümkün deyil. Cümhuriyyət qurucuları Azərbaycanı odun içindən çıxararaq qurdular. Bu çox böyük nailiyyət idi: “Türk Dünyasında, İslam coğrafiyasında ilk demokratik respublikanı biz azərbaycan türkləri yaratdıq. Yaşadığımız 21-ci əsrdə Avopada irqçilik, islamafobiya, ksenefobiya halları baş alıb gedir. Amma 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün xalqlara eyni hüququ tanıdığını bəyan etdi. Qadınlara seçmək, seçilmək hüququ verdi. Mətbuata senzuranı ləğv etdi.Bunları həyata keçirmək böyük hünər və zəka tələb edirdi”.

 

Yaqub Mahmudov sovet dövründə Azərbaycan tarixinin əksər səhifələrinin saxtalaşdırıldığını, o cümlədən də Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləndiyini vurğulayıb. Bu gün isə xalqımızın həqiqi tarixi dərindən öyrənilir və dünyaya təqdim olunur: “ Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Azərbaycan xalqının bu möhtəşəm tarixinin dünyaya çatdırılmasında ulu öndərin böyük xidmətləri var. Onun tapşırığı ilə Tarix İnstitutu Cümhuriyyət tarixini əhatə edən çoxcildli kitablar nəşr etdirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır. Cənab prezidentin göstərişi ilə Cümhuriyyət və azərbaycanlıların soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərindən yüz minlərlə səhifəlik sənədlər ölkəmizə gətirilərək mütəxəssislərin ixtiyarına verilib”.

Konfransda Şuranın Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibəti ilə hazırladığı qısametrajlı filmə baxış keçirilib.

 

Deputat Fəzail Ağamalı yüksək səviyyəli konfransın təşkilinə görə Şuraya təşəkkürünü bildirərək Şuranın Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birgə Cümhuriyyətin tarixi ilə bağlı konfrans keçirməsinin çox faydalı olacağını deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 1918-ci ildə Anadolu və Azərbaycan türklərinin daşnak-bolşevik qoşunlarına qarşı birgə şəkildə böyük uğurla mübarizə apardığını bildirib. Ə.Hüseynli Qafqaz İslam Ordusunun yaranmasından qabaq da Azərbaycanın müxtəlif ərazilərində təşkilatlanan vətən fədailərinin erməni silahlı dəstələrinə qarşı mübarizədə qəhrəmanlıqlar göstərdiyini vurğulayıb.

 

QHT rəhbərləri Rauf Zeyni, Təhmasib Novruzov, Samir Adıgözəlli, Radə Abbas, Müğan Əliyev və digər şəxslər çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin qürur dolu səhifəsi olduğunu və onun varisi olan bugünkü müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün hər bir vətəndaşın çalışmasının lazım olduğunu bildiriblər.

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41