Arxiv
24 May 2018, 11:17 | AKTUAL
“Həyatımın ən böyük arzusuna çatdım - BANM-ın tələbəsi oldum!” - MÜSAHİBƏ  

Modern.az saytı 2018/2019-cu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan Vasif Əsədovla müsahibəni təqdim edir.

 

-    Vasif, özünüzü daha yaxından tanıdın.

- Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.

-    Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

- Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet  axtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

-    İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusuz?

- İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.

-    Hobbiniz varmı və ümumiyyətlə nə ilə məşğul olmağı daha çox sevirsiz?

- Daha çox kitab oxumağı sevirəm. Ona görə hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma bundan başqa şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı da sevirəm.

-    BANM-ı bitirdikdən sonra nə etməyi planlayırsız?

- BANM-ı bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi planlayıram.

-    Seçiminiz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Bu ixtisas nə ilə sizi cəlb edir?

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas məni cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək  səviyyədə olduğunu düşündüyüm üçün seçimimi məhz onun üzərində dayandırdım. Düşünə bilirsinizmi, ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.

-    Seçim qarşısında olan və növbəti il gələn abituriyentlərə nə məsləhət görərdiz?

- Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-ı seçsinlər. BANM-ın kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum.Bu çox gözəl hissdir. “BANM-ın tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24