Modern.az

Obama yeni Əfqanıstan strategiyasını açıqlayıb

Obama  yeni Əfqanıstan strategiyasını açıqlayıb

2 Dekabr 2009, 10:44

st1:*{behavior:url(#ieooui) }

ABŞ prezidenti Barak Obama Əfqanıstana dair yeni hərbi strategiyanı açıqlayıb. Nyu-Yorkdakı Uest-Point hərbi akademiyadakı çıxışında yeni strategiyanın əsas istiqamətlərindən danışan Obama qeyd edib ki, hərbi strategiya  3 əsas elementdən ibarətdir. Bunlar Əfqanıstanda yenidən qurma üçün şərait yaratmaq,  əldə olunmuş nəticələrin möhkəmlənməsinə xidmət edən qeyri-hərbi xarakterli fəaliyyət, Pakistanla səmərəli əməkdaşlıqdır. Obamanın çıxışı bütün Birləşmiş Ştatlar ərazisində yayınlanıb. 

 

Öz çıxışına  Əfqanıstanla müharibənin səbəblərinin izahı ilə başlayan Obama qeyd edib ki, hərbi müdaxilə Birləşmiş Ştatların təşəbbüsü ilə 2001-ci il 11 sentyabr terror aksiyalarına cavab olaraq başlayıb. ”Əfqanıstanda vəziyyət pisləşməyə başlayıb. Taliban və “Əl-Kayda” beynəlxalq terror təşkilatı Əfqan hökumətini devirmək üçün ümumi vəzifə müəyyən edib. Son vaxtlar Taliban Əfqanıstanın ayrı-ayrı regionlarına nəzarəti  ələ keçirib.  Bundan əlava, Taliban yaraqlıları Pakistan xalqına qarşı iri miqyaslı ölümcül terror aktları həyata keçirir”.

 

Obama beynəlxalq koalisiyanın Əfqanıstandakı üğurlarından danışıb: “Əl-Kayda” və Talibanın başlıca liderləri məhv edilib, bütün dünyada terrorçuların təqib olunması səyləri gücləndirilib, Pakistanda terrorçulara qarşı uğurlu əməliyat keçirilib. Bundan əlavə, ABŞ və NATO Əfqanıstanda taliblərin prezident seçkilərinin keçirilməsinə  mane olmasının qarşısını alıblar.

 

Barak Obama daha sonra qeyd edib: “Lakin çətin işlər hələ qarşıdadır, bu isə o deməkdir ki, Əfqanıstanda vəziyyətin nizama salınması üçün vaxt tələb olunur. Mən ABŞ Silahlı Qüvvələrinin Ali baş komandanı kimi, Əfqanıstana əlavə olaraq 30 min hərbçinin göndərilməsi barədə qərar qəbul etmişəm, bunu Amerikanın milli maraqları tələb edir”. ABŞ prezidenti

çıxışında Pakistanla əməkdaşlığa da toxunub və qeyd edib ki, Əfqanıstandakı uğurlar bu ölkə ilə tərəfdaşlıq münasibətlərindən asılıdır.

 

Beləliklə də Əfqanıstanda ABŞ hərbi kontingenti yaxın 6 ay ərzində 100 min nəfərə çatdırılıcaq.

Əfqanıstandakı NATO silahlı qüvvələrinin komandanı general  Stenli Makkristal  Obamanın qərarını qətiyyətlə dəstəkləyib və əlavə edib ki, indi onun əlində öhdəsində olan vəzifələrin yerinə yetiriliməsi üçün kifayət qədər resurs var.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir