Arxiv
24 May 2018, 15:09 | MEDİA
Qadın məktəb direktoru: “Sayt rəhbərini yerə yıxıb, üstünə oturdum ki, qaça bilməsin...”

Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rauf Sultanov özünü təqsirli bilməyib. 

 

Prosesdə şahid qismində 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova ifadə verib. 

 

O qeyd edib ki, barəsində xoşagəlməz yazılar dərc olunub: "Sonra zəng etdilər, amerikalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər. Tələblərində 5 mindən 2 min manata qədər düşdülər. İki min manata razılaşdıqdan sonra, Rauf məni tez-tez rahatsız edib, gecə saatlarında zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edib məni narahat edirdi. Görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.

 

Məktəb direktoru Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyat haqqında da məlumat verib: "Məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm. Bunu da zarafatla dedim. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən danışmaqla başını qarışdırdım, ona suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”. 

 

Nailə Məmmədova ifadəsində qeyd edib ki, Rauf Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: “Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir? Düzdü, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”. 

 

Nailə Məmmədova qeyd edib ki,  Rauf onun haqqında rüsvayedici məlumatlar yayacağını deyib və bu səbəbdən görüşüblər: "Guya mənim məktəb şagirdlərinin valideynlərindən pul aldığım, məktəbdə özbaşınalıq etdiyim barədə məlumatlar olduğunu dedi. Daha öncə jurnalistləri qəbul etməyib, rədd etdiyim üçün başım ağrımışdı, mətbuatda heç bir əsası olmayan məlumatlar dərc edilmişdi. Belə bir halın təkrarlanmasını istəmirdim. Bu səbəbdən onunla görüşdüm”.

 

 

Nailə Məmmədova bildirib ki, 40 ilin müəlliməsidir, 11 ildir məktəb direktoru işləyir: “Bu vaxta kimi heç bir problem olmamışdı. Amma son dövrlər mətbuatda mənim barəmdə xoşagəlməz materiallar dərc olunub. Mən də bu məlumatlarla bağlı heç bir jurnalisti qəbul etmirdim, onlarla bağlı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldim. Bu səbəbdən ilk addımımı atdım. Rauf Sultanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Bundan sonra da haqqımda xoşagəlməz ifadələr işlədən jurnalistlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarındayam”. 

 

Rauf Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti Nailə Məmmədova yazmayıb: “Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram. O ki qaldı onunla münasibət qurmağıma, bu yalandır. Nailə mənim anam yaşında qadındır. Mənim evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan qızlar gətizdirmişəm”. 

 

Proses iyunun 4-də davam edəcək.

 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb. 

 

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir. 

 

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

 

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı -satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib. 

 

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.  

 

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40