Modern.az

İncə Ərdoğanı ittiham etdi

İncə Ərdoğanı ittiham etdi

24 May 2018, 18:06

Muharrem İnce FETÖ lideri Fetullah Gülenin hələ də Türkiyəyə təslim edilməməsinin səbəbkarı kimi Ərdoğanı gördüyünü bildirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Muharrem İnce bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə qeyri-ciddi yanaşır:

“Cənab Ərdoğanın özü də bilir ki, lazımi şəkildə Güleni tələb etməyib. Bunu özü çox gözəl bilir. Birincisi, ABŞ Güleni təslimetmək istəmir, ikincisi Ərdoğan özü də  təslim almaq istəmir”.

 

İncə qeyd edib ki, 24 iyun tarixində keçiriləcək seçkilər ədalətli olmayacaq. Buna heç kimin şübhəsi olmasın:

“ Bir tərəfdə  dövlətin pulu, təyyarəsi,vertolyotu, dövlətin bütün imnkanlarından faydalanan biri, digər tərəfdə millətin istəmədiyi birisi ilə yarışan mən. Ərdoğan dövlətin imkanlarıyla yarışır. Ədalət yoxdur, ədalətli deyil. Biz istəyirik ki, xalqımızsərbəst şəkildə səs versin. Xalqın səsini dövlətin gücünə qarşı qoymaq istəyirik. Dövlətə qarşı yarışmaq istəyirik”.

 

İncənin sözlərinə görə, Ərdoğan heç vaxt Fətullah Güləni ABŞ-dan istəməyəcək. Çünki Ərdoğan onunla birgə vətəninə xəyanət edib:

 

“ Ərdoğan heç vaxt Güləni uyğun üslubda ABŞ-dan istəməyib. Çünki əgər Ərdoğan Fətullah Güləni təhvil alsa, o, Ərdoğanla birgə Türkiyəyə necə xəyanət etdiyindən danışacaq. Deyəcək ki, oyunları necə qurmuşuq, istədiyim insanları necə rəhbər seçdilər, istədiyimi necə general etdilər, Türkiyəyə birgə necə xəyanət etdik və sair...Bunları izah edəcək, ona görə də, nə Ərdoğan onu istəyə bilər, nə də ABŞ təslim edər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir