Arxiv
25 May 2018, 11:46 | İQTİSADİYYAT
İnam Kərimovun aktivinə yazılacaq “qızıl xal”  

Nicat Nəsirli

 

Kənd təsərrüfatı sahəsində baş vermiş kadr dəyişikliyi, “İnamlı dövr”ə qədəm qoymağımız bu sahənin ən ağır problemlərindən biri olan sığorta sisteminin yenidən qurulmasını zərurət kimi qarşıya çıxarıb.  

Bu, mübahisəli fikir deyil ki, kənd təsərrüfatımızda sığorta sisteminin işləməməsi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur, fermerlər arasında psixoloji inamsızlıq sindiromunu getdikcə dərinləşdirir. Kənd yerlərində yaşayan əhalinin əli iş-gücdən soyuyur, urbanizasiya prosesi güclənir, nəticədə idxala daha çox pul xərcləyirik. Azərbaycan kosmos dövlətinə çevrilmək iddiasında olsada potensial olaraq ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır. Bunun qarşılığında, ÜDM-in cəmi 5,6 faizi aqrar sektorda formalaşır ki, bu çox kiçik göstəricidir. Ölkənin illik idxal-ixrac prosesinin müqayisəsi deyir ki, ortada 150 milyon manatlıq bir fərq var, yəni kənd təsərrüfatı məhsulları ixrac etməyimizə baxmayaraq ildən-ilə  idxala daha çox pul göndəririk, nominal baxımından milli iqtisadiyyatımızın xaricdən asılılığı güclənir.

Aqrar sığorta bazarında da vəziyyət acınacaqlıdır. Bu sahəni tənzimləyən qanun mövcuddur, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə strateji yol xəritəsində əksini tapır ki, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. İlk növbədə aqrar sığorta fondu formalaşdırılaraq bazara təqdim olunmalıdır, ikincisi bu sahəyə investisiya qoyuluşlarının təşviqi təmin olunmalıdır. Lakin sığorta sisteminin işləməməsi, kənd təsərrüfatında mənfəətin aşağı olması investisiya cəlbediciliyini heçə endirir. Üstəgəl,  əkinçilərimizin sığorta sisteminə inamı yoxdur, o inam yaradılmalı, artmalıdır. Müasir iqtisadi münasibətlərdə sığorta mədəniyyətdir, onsuz  bazar iştirakçıları inamlı addım atmayacaqlar. Rəqəmlərdə bunu deyir: ölkənin sığorta bazarında fəaliyyət göstərən 18 şirkətdən cəmi dördü sığorta məhsullarının satışı ilə məşğuldur. 2018-ci ilin yanvar göstəricilərinə görə, ümumi sığorta yığımları arasında  bitkiçilik cəmi 0,01 faiz təşkil edib. Hər il büdcədən kənd təsərrüfatı məhsullarının sığortasına 1 milyon manat vəsait ayrılır, lakin bu vəsait istifadə olunmamış geri qaytarılır. Yalnız ötən il 15 min manat həcmində təbii fəlakətə görə istehsalçılara vəsait ödənilib.

Dünyanın hər yerində dövlət aqrar sahəyə yönəlik dəstək tədbirləri həyata keçirir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir. Bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində  formalaşmalıdır. Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir.


Bu həftə nəhayət tilsim sındı, Maliyyə Bazarlarına Nəzarət Palatası irəli çıxaraq kənd təsərrüfatı sığortası haqqında qaydaları hazırlayaraq ictimai müzakirəyə təqdim etdi. Palatanın hazırladığı qaydalar Türkiyədə tətbiq olunan “TARSİM” modelinə əsaslanır. Köhnə və yeni modeli müqayisə edək: hazırki modeldə fermer baş verib bitmiş təbii fəlakət haqqında sığorta şirkətinə müraciət edir, şirkət vəsaiti almaq üçün Maliyyə Nazirliyinə müraciət edir. Rəylərə görə, bu mexanizm çevik və effektiv deyil, risklər düzgün qiymətləndirilmir, bürokratik əngəllər çoxdur, bu sahənin mütəxəssisləri çatışmır. Yeni modeldə isə  fermer sığorta şirkətinə müraciət edəcək, sığorta müqaviləsi bağlayacaq, KTN maliyyənin ayrılamsı üçün Maliyyə Nazirliyinə  müraciət  edəcək, hadisə müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək, sistemin nəzarətçisi isə Maliyyə Bazarlarına Nəzarət Palatası olacaq. Ən əsası, Aqrar Sığorta Fondu yaradılacaq, onun idarəsi özəl şirkətlər tərəfindən həyata keçiriləcək. Fondun funksiyalarına  sığorta olunacaq məhsulların müəyyən edilməsi, subsidiya məbləglərinin təyin olunmasıdır. Qurum  dövlət-özəl şirkət əməkdaşlığının təmin edəcək. Dövlət təminatının olması şirkətləri aktivləşdirəcək, bütün yeniliklər elektron informasiya sistemi vasitəsi ilə idarə olunacaq ki, bu şəffafıq deməkdir. Elektron sistemə aidiyyatı dövlət qurumları inteqrasiya olunacaq. Hadisə haqqında göstəricilər elektron sistemə daxil edəcək, ekspertlər onlayn qiymətləndirmə aparacaq, subyektiv yanaşmalar aradan qalxacaq. Fermer öz yerində, dövlət də bu prosesdən mənfəət əldə edəcək, yükü azalacaq,  beynəlxalq sığorta bazarına çıxış əldə olunacaq, çeviklik əmələ gələcək.

Amma yeni modelin işlək olması üçün gözlə görünən ciddi problemlər var: xırda istehsalçılların kooperasiyalarda birləşməməsi, hidrometeroloji, torpaqların melorativ vəziyəti haqda data bazaların  olmaması, peşəkar mütəxəssislərin çatışmamasıdır. Bunlar ciddi problemlərdir, ona görə də dövlət orqanları elmi-tətqiqat müəsissələri ilə birləşərək birgə addım atmalıdır. Milli sığorta sistemi ilin sonundan fəaliyyətə başlamalıdır, vaxt az, iş çoxdur.

İnam Kərimovun nazir təyin olunmasından qısa vaxt keçsədə cəmiyyətdə aqrar problemlərin həll olunacağına inam artıb. Əgər kənd təsərrüfatı siyasətinin həyata keçirilməsinə mərkəzi icra qurumunun rəhbəri olaraq cavabdeh olan İnam müəllim şəffaflıq, elektron idarəetmə, fermerə yaxınlıq prinsiplərindən sonra dördüncü istiqamət kimi sığorta modelinin işə düşməsinə nail olarsa  bu onun aktivinə yazılmış “qızıl xal” olacaq.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11