Arxiv
25 May 2018, 11:55 | AKTUAL
Sabahdan Azərbaycanda yeni ov mövsümü açılır 

Sabahdan Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü açıq elan edilir.

 

Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək: "Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini tələb etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Yerli ovçular yalnız şənbə-bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".

H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:

 

"İlk növbədə nəzərə almaq lazımdır ki, xarici ovçular xarici turistlərdir. Qanunvericiliklə onların ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidir".

H.Əlizadə deyib ki, xarici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.

Nazirlik rəsmisi əlavə edib ki, xarici ovçular qaban, çöl quşları ovuna maraq göstərirlər.

ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, ov mövsümünün açıq elan olunması istənilən yerdə ov edilə bilməsinin mümkünlüyü demək deyil: “Ov mövsümünün açıq elan edilməsi o demək deyil ki, kim harada gəldi, ov edə bilər. Hər kəs bilməlidir ki, qoruq ərazilərində ov etmək qadağandır. Yəni, ovçuluq sahəsində kimlərsə qanun pozuntularına yol verəcəksə, onlara qarşı qanun çərçivəsində ciddi tədbir görüləcək. Qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15 Dövlət Komitəsində Laçının işğalı anıldı 18 May 2019, 15:10 İranda 5 bala yaxın zəlzələ oldu 18 May 2019, 14:40 Deputat Pərvin Kərimzadə Azərbaycan-Avropa İttifaqı əlaqələrini şərh etdi 18 May 2019, 14:29 Dilənçiliklə məşğul olan 9 qadın saxlanıldı 18 May 2019, 14:25