Arxiv
25 May 2018, 12:07 | AKTUAL
Əbülfəs Qarayev Salyanda vətəndaşları dinlədi

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 25-də Salyan şəhərində gerçəkləşib.

Nazir Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Biləsuvar sakinləri muzeylər üçün əşyaların alınma prosedurunun sadələşdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Neftçaladan qəbula yazılan vətəndaşların müraciətləri rayondakı tarixi-memarlıq əhəmiyyətli qədim tikililərdən Bankə balıq kombinatının inzibati binası və rus kilsəsinin restavrasiyası, əcnəbi qonaqlara Heydər Əliyev Mərkəzində multimedia turunun təşkili üçün texniki vasitələrin alınması, rayon Mədəniyyət mərkəzinin dam örtüyünün təmir olunması, Rəsm qalereyasına yeni əsərlərin verilməsi barədə olub.

Salyan sakinləri ölkəmizdə Qarabağ Müharibəsi Muzeyinin yaradılması, rayonda ilk kütləvi qiraətxananın açılmasının 115 illik yubileyinin respublika səviyyəsində qeyd olunması, Kürsəngi kəndində xalça sexinin yaradılması, mədəniyyət ocaqlarında nümayiş olunmaq üçün yeni milli filmlərin alınması və ödənişli xidmətin genişləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Cəbrayıl rayonundan məcburi köçkünlərin müraciətləri Böyük Mərcanlı Uşaq incəsənət məktəbinə musiqi alətlərinin, Cocuq Mərcanlı kənd klubuna rəqs geyimləri və musiqi alətlərinin verilməsi və başqa məsələlər barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15 Dövlət Komitəsində Laçının işğalı anıldı 18 May 2019, 15:10 İranda 5 bala yaxın zəlzələ oldu 18 May 2019, 14:40