Modern.az

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”  

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”   

25 May 2018, 13:17

"Bizim fəaliyyət prinsipimiz düzgün idarəçiliyə yönəlib. Burada şəffaflıq, hesabatlılıq, neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”.


Modern.az
-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Sahibkarlar gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.


İ.Kərimov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək:

“Bundan sonra kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə müraciət edəcək. Qarşımızda dayanan vacib məsələlərdən biri sahibkarlarla sıx əlaqədə çalışmaq, kənd təsərrüfatı sahəsində innovasiyaların, yeni texnologiyaları tətbiq etməkdən ibarətdir".

 

İ.Kərimov həmçinin bildirib ki, subsidiyaların strukturu təkmilləşdirilməklə son məhsula görə subsidiyanın verilməsinə başlanılıb:

“Aqrar sahəyə göstərilən dəstək tədbirlərinin həcmi bəzi subsidiyalar üzrə son illərdə 3-5 dəfə artırılıb. Hazırda aqrar məhsul istehsalçıları torpaq vergisi xaric, digər vergilərdən azaddır”.

 

Onun sözlərinə görə, ötən dövr ərzində  ölkəyə xaricdən gətirilən kənd təsərrüfatı texnikaları, toxum və tinglər, baytarlıq preparatları ƏDV və idxal gömrük rüsumlarında  azad edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir