Arxiv
25 May 2018, 14:23 | AKTUAL
Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar

Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv Modern.az-a  belə deyib. Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilrə.

ATU-nun məzunu olan  İ.Göyüşov  TUS imtahanından (Tibbdə Uzmanlıq ) uğurla keçərək, Ankara Universitetinin kardiologiya şöbəsində uzmanlıq keçib. 2014-2017-ci illərdə Türkiyədə özəl xəstəxanada, daha sonra Almaniyada işləyən həkim orada daha çox aritmiyası olan xəstələri müalicəsi ilə məşğul olub. Onun sözlərinə görə, son vaxtlar ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr müraciət edənlər arasında üstünlük təşkil edir:

“Bizim şöbəyə daha çox  ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələrə ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalıma prosesinə bənzər  metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim i, Azərbaycanda cəmi bir neçə tibbi  mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda ürək çatışmazlığı olan xəstələrdə defüblatorun qoyulması, ürək pillərinin qoyulması ilə də məşğuluq".

"Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji mülicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə,  əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.

İ. Göyüşöv qeyd edir ki, mədəcik aritmiyaları zamanı  mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqca ürəkdə bir neçə il sonra ürək çaışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.

Aritmoloq İsmayıl Göyüşov məsləhət görür ki, xəstələr təngnəfəslik,ürəkdöyünmə,ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. Çünki hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu ürəkdə dəlik,ürək çatışmazlığı, həmçinin aritmiyanın səbəbi ola bilər: “ Yəni aritmiyalar sadə bir stresslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yarana bilər. Onda həkim müayinəsindən keçmək lazımdır. Infarktla aritmiyanın əlaqəsinə gəlincə infarkt aritmiyaya səbəb olur. Infarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arsında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır”.

Kardioloq- aritoloq İsmayıl Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə - təngnəfəslik, ürək döyüntülərinin güclənməsinə diqqətlə yanaşmasına çağırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47