Arxiv
25 May 2018, 14:43 | REPORTAJ
Dünya liderlərinin maraqlı idman hobbiləri - FOTOLAR

Sağlam həyat tərzinin əsas şərtlərindən biri idmanla məşğul olmaqdır. Milyonlarla insan kimi siyasi liderlərin bir çoxu idmanla məşğul olmaq üçün kabinetlərini qısa müddətə olsa da idman meydançaları ilə əvəzləməyə vaxt tapırlar. 


Bəs siyasi birincilər idmanın hansı növünə üstünlük verirlər? Modern.az saytı ayrı-ayrı mənbələrlə  bunu araşdırmağa çalışıb.

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ən çox sevdiyi idman növü cüdodur. Rusiya prezidenti bu idman növü ilə 13 yaşından məşğul olur. İdman sahəsində Putinin nailiyyətləri də az deyil. Leninqrad çempionu olan prezident cüdo və sambo üzrə idman ustası, altıncı dərəcə “qara kəmər”in sahibidir. Həmçinin Putinin tekvondo üzrə 9-cu dan diplomu da var. Bu diplomu ona Dünya Tekvando Federasiyasının prezidenti Çu Çong Von tərəfindən verilib.  Vladimir Putin bu gün də idmanla ciddi məşğul olur.

 

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 74 yaşının olmasına baxmayaraq bu gün də idmanla məşğul olmağı davam etdirir. Sağlamlığına xüsusi diqqət yetirən prezident idman rejimini qoruyur. Nazarbayev dağ-xizək idman növünə üstünlük verir.

 

Almaniya kansleri Angela Merkelə idmanla məşğul olmaq bir az baha başa gəlib. İsveçrədə xizəklə sürüşən zaman kansler yıxılaraq ciddi zədələr alıb. Bu hadisəyə görə kanslerin üç həftə ərzində tədbirləri və görüşləri təxirə salınıb. Hazırda idmanla məşğul olmağa çox da vaxt tapmayan kansler hədsiz dərəcədə futbol azarkeşidir.

 

“İdman hamı və hər kəs üçündür” ifadəsini tez-tez işlədən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov idmana olan marağı ilə digər siyasi liderlərdən geri qalmır. İdmanın bir çox növləri ilə məşğul olan prezident məşqlərdən sonra bitki çayları içir. Qeyd edək ki, tibb elmləri doktoru olan Qurbanqulu Berdiməhəmmədov “Türkmənistanın dərman bitkiləri” kitabının müəllifidir. O, atçılıq idmanına xüsusi maraq göstərir.

 

Böyük Britaniyanın baş naziri Tereza Mey şəkərli diabet diaqnozuna görə xüsusi pəhriz və aktiv həyat tərzi saxalamağa çalışır. O mütəmadi olaraq yürüşlər edir və velosiped sürməyi sevir.

 

Kanadanın baş naziri Castin Trüdo uzun zamandır boksla məşğuldur. O hər həftə boks matçları keçirir. Bu Trüdo üçün stresslə mübarizə üsuludur. Boksdan əlavə Kanada baş naziri snoubord və kürəkçəkmə ilə də məşğul olur.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqlıqdan futbolla məşğul olur.

 

Monqolustan Prezidenti Xatmaaqiyn Batulda aldığı təhsil baxımından rəssam olsa da gənlik dövründən cüdo və sambo ilə məşğul olur. Əvvəllər ölkə yığmasında dünya çempionatında iştirak edərək qızıl, gümüş və bürünc medalların üçünə də yiyələnib.

 

İsrail baş naziri Binyamin Netanyahu sağlam qidalanmaya və idmana böyük önəm verir. O həftədə iki dəfə qaçış cığırında qaçır və tez-tez uzun piyada gəzintilərinə çıxır.

 

Fransa prezidenti Emanuel Makron futbol, tennis, boks oynayır. Onu ölkədə idmanın himayəçisi kimi tanıyırlar.

 

ABŞ prezidenti Donald Trump hələ məktəb vaxtlərından liseydə aktiv olaraq beysbol və futbol ilə məşğul olub. İndi isə o ancaq qolf oynayır. Özünə aid qolf klublarında təşkil edilmiş yarışlarda şəxsən iştirak edir.

 

Əvəz ZEYNALOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07