Modern.az

Putin növbəti dəfə prezident olmayacaq

Putin növbəti dəfə prezident olmayacaq

Aktual

25 May 2018, 23:33
Rusiyanın hazırki dövlət başçısı Vladimir Putin ardıcıl üçüncü dəfə prezident seçilməyi planlaşdırmadığını bəyan edib.


Modern.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Görüşdə Putinə növbəti prezident seçkiləri barədə sual ünvanlanıb. O, Rusiya Konstitusiyasına ciddi riayət etdiyini deyib.


“Ardıcıl olaraq iki dəfədən artıq prezident seçilmək olmaz. İndi mənim ikinci prezidentlik müddətimdir. Buna qədər iki dəfə ardıcıl prezident olmuşam, sonra prezident vəzifəsini tərk etmişəm. Çünki, Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir”, - deyə Putin qeyd edib. (azvision.az)
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı