Modern.az

Putin söz verdi

Putin söz verdi

Aktual

26 May 2018, 09:53

Rusiya Federasiyasının Konstitusiyasında açıq-aydın yazılıb: iki dəfədən artıq müddətə seçilmək olmaz.

Virtualaz.org-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

 

“Mən həmişə Rusiya Federasiyasının Konstitusiyasını rəhbər tutmuşam. Konstitusiyada açıq-aydın yazılıb: ardıcıl iki müddətdən artıq olmaz. Məndə hazırda ikinci müddətdir.

 

Bildiyiniz kimi, buna qədər iki dəfə prezident olmuşam, sonra prezident postunu tərk etmişəm, çünki Konstitusiya üçüncü dəfə prezident seçilməyə icazə vermirdi, vəssalam.

Mən gələcəkdə də bu qaydanı rəhbər tutmaq niyyətindəyəm”, -deyə Putin bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub