Modern.az

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 

26 May 2018, 20:19

 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub. 

 

İlkin məlumata görə, qəza zamanı 4 nəfər: - 1967-ci il təvəllüdlü Bakı şəhər sakini sakini Cavadova Yana Yuriyevna, 2007-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Cəfər Üzeyir oğlu, 1955-ci ildə anadan olmuş Bakı şəhər sakini Səmədov Faiz Baba oğlu və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Şayxatarov Renat Atadullayeviç xəsarət alıblar.

 

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.  (report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı