Modern.az

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün Qarabağa göndərdi

27 May 2018, 10:13

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ictimaiyyət qarşısında populizmlik nümayiş etdirib. Baş nazir bəyan edib ki, oğlu Aşot Paşinyan hərbi xidməti Azərbaycanın işğal altındakı ərazisində - Qarabağda keçəcək.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Facebook səhifəsindən canlı yayıma qoşulan Nikol Paşinyanın bildirib ki, onun oğlu mart ayında 18 yaşını tamam edib və növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq.

 

Öz növbəsində, Aşot Paşinyan qeyd edib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.

 
Baş nazir Nikol Paşinyan bununla yanaşı, Ermənistandan qaçan bütün hərbi mükəlləfiyyətli gəncləri hərbi borcunu yerinə yetirmək üçün ölkəyə çağırıb. O, həmin gənclərə təminat verib ki, könüllü qərarı ilə hərbi xidmət keçmək üçün geri qayıdan çağırış yaşlı gənclərə qarşı hər hansı cəza tədbiri görülməyəcək.


Ermənistanın baş naziri oğlunu Qarabağa hərbi xidmətə göndərməklə ölkəsinin işğalçı olduğunu nümayiş etdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub