Modern.az

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…  

Paşinyanın öz dığasının əlinə silah verməsi populistlikdir…   

Aktual

27 May 2018, 12:44

Sahib Alıyev,
Milli Məclisin üzvü

Rusiyanın demək olar ki, bütün informasiya agentlikləri Ermənistanın yeni baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın gedib Qarabağda əsgərlik edəcəyi haqda xəbər yayıblar. Bizim də bəzi saytlar bu xəbəri veriblər və Nikolun oğlunun yerinə adı Aşot, soyadı Paşınyan olan, İsveçdə yaşayan moldovalı bir gəncin şəklini yerləşdiriblər. 

Sözüm onda deyil. Hərbi kəşfiyyatçılarımız, nişançılarımız əsl Aşot Paşinyanın necə göründüyünü və onunla nə etmək lazım gəldiyini hər halda yaxşı bilirlər, indi mən də onun fotosunu paylaşacam. 

Paşinyanın oğlunu Qarabağa hərbi xidmətə göndərmək məsələsinə gəldikdə, bu populistlikdir və sırf təbliğata hesablanıb. Çünki əgər məqsəd Ermənistanın baş nazirinin oğlunun Dağlıq Qarabağda əsgərlik etməsi olsaydı, ən azından təhlükəsizliyi üçün onu səs-küyə salmağa ehtiyac duyulmazdı, ancaq əsgərlik bitəndən sonra bu açıqlanardı. Burada spryukdan tutmuş, bizim bəzi vətənşüvənlərədək kimin necə reaksiya verəcəyi nəzərə alınıb. Ən əsası isə Paşinyan bununla göstərmək istəyir ki, o, Dağlıq Qarabağa əslən buradan olan və Sərkisyan qarışıq hakimiyyətdən uzaqlaşdırılan haylardan daha çox bağlıdır. Eyni zamanda birgə çağırışlarından da göründüyü kimi paşinyanlar belədə hərbi xidmətdən yayınan gənc hayların da qayıdıb əsgərliyə gedəcəklərini düşünürlər. 

Ola bilər ki, səslərinə 2-3 nəfər səs verən oldu, artıq yox. Paşinyan və oğlu anlamırlar ki, həmən haylar əsgərlikdən Ermənistana Sərkisyan rəhbərlik etdiyi üçün deyil, gəlib Qarabağda məhv olmamaq üçün qaçıblar, yenə qaçacaqlar. Həm də cəbhədə nə qədər çox hay məhv edilsə, aralarında hərbi xidmətdən yayınanların sayı da bir o qədər artacaq.

Paşinyanla oğlunun niyə məhz dünən Qarabağda əsgərlikdən dəm vurduqları və forpoststanla Rusiyanın informasiya agentliklərinin olaya niyə belə diqqət yetirdikləri də aydındır. Ancaq mən sual edirəm, bir halda Ermənistanın baş naziri öz oğlunun əlinə silah verib işğal altındakı Azərbaycan torpaqlarına göndərirsə, həmsədr dövlətlər hansı haqla bizə deyirlər ki, Dağlıq Qarabağ məsələsi ancaq sülh yoluyla həll edilə bilər?! Paşınyan öz dığasının əlinə silah verib bizim torpaqlara sülh üçün göndərir? 

Azərbaycan torpağındakı hər bir əli silahlı hay məhv edilməlidir, məhv ediləcəkdir!

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar