Modern.az

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

27 May 2018, 15:01

Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təbrik məktubu ünvanlayıb.

 

Modern.az saytının məlumatına görə, təbrikdə bildirilib ki, qurum adından Fuad Muradova təşəkkür edilir.

 

Qeyd olunub ki, Fuad Muradov Avronest Parlament Assambleyasının fəaliyyətinə və inkişafına töhfə verib.

Vurğulanıb ki, qurum Fuad Muradovun Avronest Parlament Assambleyasındakı fəaliyyətindən məmnun qalıb.

“Sizin qurumun fəaliyyətində iştirakınız konstruktivdir, Assambleyanın məqsədlərə çatması üçün son dərəcə vacibdir. Biz səmimi qəlbdən sizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmanız münasibəti ilə təbrik edirik.

 

Ümid edirik ki, biz gələcəkdə də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində birlikdə əməkdaşlığı davam etdirəcəyik”-deyə təbrikdə bildirilib.

 

Daha sonra bildirilib ki, qurum Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərliyinin bundan sonrakı fəaliyyətini də yüksək qiymətləndirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir