Modern.az

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

27 May 2018, 15:06

Dağlıq Qarabağda hazırki vəziyyət və status-kvo Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması üçün yol deyil.

 

Modern.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

 

Fransalı nazir bildirib: "Fransa ATƏT-in Minsk Qrupunun hənsədri qismində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərəcək və biz hesab edirik ki, bu istiqamətdə ATƏT-in işini gücləndirmək lazımdır".

 

Jan-İv Lö Drian həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin statusu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla bugünki görüşün gündəliyində olub, məsələ müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi