Modern.az

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

27 May 2018, 23:06

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır.

 

Trend-in məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

 

"AZAL-ın J2-122 və J2-020 reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat.

 

Hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.



Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.



Yaranan narahatlığa görə üzr istəyirik", - məlumatda deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir