Modern.az

Muxtar Babayev rejissor İqor Bışnyovu qəbul edib

Muxtar Babayev rejissor İqor Bışnyovu qəbul edib

28 May 2018, 12:02

Mayın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

 

Modern.az Nazirliyə istinadən xəbər verir ki, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub. Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...