Modern.az

Deputatın general qardaşı işdən çıxarıldı

Deputatın general qardaşı işdən çıxarıldı

29 May 2018, 13:09
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.
 
Modern.az Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə gömrük xidməti polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.
 
Dövlət Gömrük Komitəsindən xəbəri Modern.az-a təsdiqləyiblər.
 
Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır. 

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə Məsum Eynalı oğlu Rəsulov təyin edilib.
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?