Arxiv
30 May 2018, 11:07 | İQTİSADİYYAT
Nazir süründürməçiliyə son qoymağı tələb etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupları tərəfindən aparılan işlər müzakirə olunub.


Bu barədə Modern.az-a Nazirliyin İctimaiyyətlə əlqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində tam şəffaf mexanizmin yaradılmasının, saxta əlillik təyinatlarının qarşısının alınmasının, eyni zamanda, əlilliyin təyin olunmasında bir sıra hallarda özünü göstərən süründürməçilik hallarının aradan qaldırılmasının bu gün nazirlik qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayıb.

Bu məqsədlə yaradılmış işçi qrupu tərəfindən verilmiş tapşırıqlara uyğun şəkildə müvafiq işlərin aparıldığını qeyd edən S.Babayev əlilliyin qiymətləndirilməsi prosedurlarının təkmil əsaslar üzərində, şəffaf şəkildə qurulmasında, fərdi reabilitasiya proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqinin diqqətdə saxlandığını bildirib.   


İclasda əlilliyin qiymətləndirilməsi sahəsində mövcud vəziyyətlə bağlı araşdırmaların nəticələri, qabaqcıl dünya praktikasından istifadə olunmaqla fərdi reabilitasiya proqramının, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsinin hazırlanması yönündə aparılan işlər müzakirə olunub. Əlilliyi olan şəxslərin sağlamlığının, sosial statuslarının bərpası, onların reabilitasiya səviyyəsinin artırılması yönündə fəaliyyətin gücləndirilməsi üçün fərdi reabilitasiya proqramının tətbiqinin önəmi vurğulanıb.


Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupu da öz fəaliyyəti barədə məlumat verib.


Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsi prosedurlarının, sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi qaydasının təkmilləşdirilməsi üçün müvafiq təklifər diqqətə çatdırılıb. Təkliflər nəzərdən keçirilməklə, ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramı ilə əlaqələndirilməsi, sosial yardım alan ailələrin bu proqram vasitəsilə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi  mexanizminin səmərəli təşkili məsələləri ətrafında müzakirələr aparılıb.


S.Babayev tərəfindən hər iki işçi qrupuna müvafiq tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52