Modern.az

“Ziyad müəllim, yaxşı ki, çox danışmadınız...” 

“Ziyad müəllim, yaxşı ki, çox danışmadınız...” 

Aktual

31 May 2018, 12:55

Milli Məclisin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunarkən maraqlı məqam yaşanıb.

 

Modern.az-ın məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təxminən 20 dəqiqəlik çıxış edib. Daha sonra Z. Səmədzadə “mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram”-deyib.

 

Bunu isə spiker Oqtay Əsədov gülüşlə qarşılayıb. “Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”-deyə o bildirib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir