Balakəndə qeyri-rəsmi nikahda yaşadığı qadının 12 yaşlı qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğluna 13 il 6 ay iş verilib.
Bu barədə Modern.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat bildirib. O, həmçinin 12 yaşlı qızla bağlı son vəziyyətdən də söz açıb:
“Bilirsiniz, Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölmüşdü. Bu müddət ərzində o və ailənin digər üzvləri Azərbaycan Uşaq Birliyinin himayəsində idi. Uşaq bizdə realibitasiyadan keçdi, bir neçə ay yanımızda oldu. O cümlədən ailəyə bütün hüquqi-psixoloji dəstək göstərildi. Onlar hazırda öz evlərində - Balakəndədirlər”.
Qeyd edək ki, hadisə ötən il Balakən rayonunda baş vermişdi. 12 yaşlı qız ögey atasından hamilə qalmışdı.