Modern.az

Jurnalist binalarına döngədə işıqfor quraşdırılır - FOTO  

Jurnalist binalarına döngədə işıqfor quraşdırılır - FOTO   

31 May 2018, 15:16

Jurnalistlərin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında yerləşən yaşayış binalarının giriş-çıxış yoluna işıqforun quraşdırılmasına başladılar.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Dövlet Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun göstərişilə sözügüdən ərazidə işıqfor qurulacaq, piyada keçidi üçün ağ zolalar çəkiləcək. Bu gündən işlərə başlanıb.

Qeyd edək ki, indiyədək binaların yanından keçən magistral yolda qarşı tərəfdəki dayanacağa keçmək üçün sakinlər ya sürətlə qaçmalı, ya da maşınların azaldığı vaxtı gözləməliydilər. Problemin dəfələrlə işıqlandırılmasından sonra müvafiq qurumlar əraziyə baxış keçirib, müvafiq qərar qəbul ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir