Arxiv
1 İyun 2018, 00:07 | PARLAMENT
Azay Quliyev: “Digər Avropa ölkələrində də Xocalı soyqırımına aid abidələr ucaldılacaq” - FOTOLAR

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sloveniyanın Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib

Modern.az-ın məlumatına görə, Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir. Holokost və Xocalı soyqırımı arasında bir sıra oxşar xüsusiyyətlər olduğunu diqqətə çatdıran A.Quliyev bildirib ki, hər iki soyqırımında mülki şəxslər milli mənsubiyyətinə görə hədəf seçilib və qəsdən öldürülüb. Bununla yanaşı, Azay Quliyev hər iki soyqırımına yanaşmada çox ciddi fərqin də mövcudluğunu qeyd edib. O, bildirib ki, Holokosta beynəlxalq ictimaiyyət tərəfindən birmənalı ədalətli qiymət verilib, cinayətkarlar Nürnberq Tribunalı tərəfindən cəzalarını alıblar.


Lakin beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb. Bu cür ınsanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin. Bununla belə, bir sıra ölkələrin bu faciəyə düzgün hüquqi qiymət verdiyini xatırladan A.Quliyev 2016-cı ildə Sloveniya parlamenti tərəfindən qəbul edilmiş sənədin və bu abidənin açılışının sloven xalqının azərbaycanlılarla həmrəyliyini bariz şəkildə ifadə etdiyini bildirib. O, sloven xalqına Azərbaycan xalqına bəslədiyi dostluq münasibətinə görə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlıq edib. Azay Quliyev ümid etdiyini bildirib ki, Sloveniyanın bugünkü təşəbbüsü nümunə olacaq və digər Avropa ölkələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılacaq.

Xatriə lövhəsində aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Növbə Yevlaxa çatdı... 27 May 2019, 15:56 Jurnalist Səxavət Məmməd həbs edildi 27 May 2019, 15:55 Xurmanın faydaları – AQTA  maarifləndirir 27 May 2019, 15:54 ABŞ Çinlə ticarət sazişindən imtina edib 27 May 2019, 15:51 Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi 27 May 2019, 15:51 Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47