Modern.az

İTV-yə yeni baş direktor seçildi

İTV-yə yeni baş direktor seçildi

1 İyun 2018, 12:35

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

MTRŞ-nin elan etdiyi müsabiqədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı sənəd vermişdi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.

B.Qasımov İTV-də baş direktorun müavini postunu tuturdu. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı