Modern.az

Danimarkalı müğənni "Sarı gəlin" mahnısını ifa edib - VİDEO  

Danimarkalı müğənni "Sarı gəlin" mahnısını ifa edib - VİDEO   

Mədəni̇yyət

1 İyun 2018, 16:46

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynovanın rəhbərlik etdiyi ansamblın ifasında danimarkalı müğənni Qudrin Holk "Sarı gəlin" və "Girdim yarın bağçası" mahnılarını ifa edib.

Daha sonra danimarkalı müğənni xalq artisti Elnarə Abdullayeva ilə birgə mahnılarla çıxış ediblər.

Qeyd edək ki, İsveçin Malmo şəhərində Vahid Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.



Elnur Eltürk

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir