Modern.az

Qida Təhlükəsizliyi Agentliyində yeni TƏYİNAT  

Qida Təhlükəsizliyi Agentliyində yeni TƏYİNAT  

1 İyun 2018, 17:52

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Modern.az-a bildirilib ki, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Prezident Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi