Arxiv
4 İyun 2018, 14:30 | AKTUAL
Cəbhəyanı ərazilərdə heyvanlara baytarlıq baxışı oldu

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev Qərb bölgəsi - Qazax, Tovuz və Goranboy rayonlarının sərhəd kəndlərində səfərdə olub.

 

DBNX-dən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində B.Rzayev Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndində, həmçinin digər cəbhəyanı ərazilər - Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fermer və sahibkarlarla görüşüb.

 

B.Rzayev xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyar dermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A,O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.

 

Görüşlərdə B.Rzayev heyvanların sağlamlıq durumuna dair aparılan baytarlıq tədbirlərinin keyfiyyətindən, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərdən, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən danışıb.

 

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşlərin sonunda fermerlərə müvafiq tövsiyyələrini verib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkədə iti yoluxucu xəstəliklərin qarşısını almaq üçün rayon (şəhər) baytarlıq idarələri kifayət qədər dərman preparatları, dezinfeksiya və dezinseksiya maddələri ilə təmin edilib. Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik və təşkilati tədbirlər mütəmadi olaraq davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48