Arxiv
4 İyun 2018, 17:45 | ÖLKƏ
Nazirlər Kabinetinin Aparatında hansı şöbə müdirləri qaldı? - TAM SİYAHI  

Nazirlər Kabineti Aparatının strukturunda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.

 

Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.

 

Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və Regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayev pensiya yaşlarına çatmaları ilə əlaqədar öz ərizələrinə əsasən tutduqları vəzifədən azad olunublar. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə yeni yaradılan Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

 

 

Neft və kimya məsələləri şöbəsi Sənaye və energetika məsələləri şöbəsinə birləşdirilib, şöbə müdiri Əsgər Aslanov şöbə müdirinin müavini təyin olunub. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə birləşdirilib və şöbə müdiri Nail Fətəliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilib.

 

Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdirilib, şöbə müdiri Qurban Sadıqov həmin şöbəyə müdir müavini təyin olunub. 

 

Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatındakı şöbələrə aşağıdakı müdirlər rəhbərlik edirlər:

 

Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev

Nazirlər Kabineti aparatının rəhbərinin müavini - təyinat yoxdur

Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur

Baş nazirinin köməkçisi - Natiq Əzizov

Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski

Baş nazirinin köməkçisi - Sabir Bayramov

Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov

Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev

Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə

Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsini - təyinat yoxdur

Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev

Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva

Mətbuat xidmətinin rəhbəri - Akif Əli

İşlər müdiri - Süleyman Şəfiyev

 
Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.

 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Tver-Bakı avtobus marşrutu açıldı 27 May 2019, 16:16 Zelenski də İlham Əliyevi təbrik etdi 27 May 2019, 16:08 Qobustanın 3 kəndi üçün şad XƏBƏR 27 May 2019, 16:07 Bakıda narkotik satan  “Dayı” və bacıoğlu saxlanıldı 27 May 2019, 16:04 Növbə Yevlaxa çatdı... 27 May 2019, 15:56 Jurnalist Səxavət Məmməd həbs edildi 27 May 2019, 15:55 Xurmanın faydaları – AQTA  maarifləndirir 27 May 2019, 15:54 ABŞ Çinlə ticarət sazişindən imtina edib 27 May 2019, 15:51 Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi 27 May 2019, 15:51 Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09