Modern.az

Daha bir kişi iştirakçı \"Maşın şou\"dan uzaqlaşdırıldı

Daha bir kişi iştirakçı \

6 İyun 2018, 00:30

"Maşın şou"da daha bir gün geridə qaldı. Modern.az xəbər verir ki, bu dəfə səsverməyə aktyor-müğənni Cavidan Novruz çıxıb.

Səs toplayacağı təqdirdə yallı oynayacağını deyən aktyor aparıcı Aytən Səfərovanı uzaqlaşdıracağını vurğulayıb.

Sonda 17,98 faiz səs toplayan Cavidan  Novruz özü şounu tərk edib.

Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, bloger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənnilər Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir