Modern.az

Məktəb avtobusu qəzaya uğradı - 25 nəfər xəsarət alıb

Məktəb avtobusu qəzaya uğradı - 25 nəfər xəsarət alıb

8 İyun 2018, 19:51

Polşada məktəb avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 25 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

 

Modern.az  xarici KİV-lərə istinadla xəbər verir ki, insident Zakopane kurort şəhərində qeydə alınıb. Burada avtobus yük avtomobili ilə toqquşub. Məktəbliləri ekskursiyaya aparan avtobusda qəza zamanı ümumilikdə 47 insan, o cümlədən 42 uşaq olub.

 

Hazırda hadisə yerində polis işləyir, qəzanın başvermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir