Modern.az

Azərbaycanda 12 illik təhsil sisteminə keçid gecikir - REKTOR 

Azərbaycanda 12 illik təhsil sisteminə keçid gecikir - REKTOR 

8 İyun 2018, 19:58

Bir çox Qərb ölkələrində orta təhsil 12 il olsa da,  Azərbaycanda bu sistemə hələ də keçilməyib. Halbuki, bu, “Təhsil haqqında qanun”da yer alıb. Əksər mütəxəssislərin fikrincə, 12 illik təhsil sisteminə keçidlə təmayülləşmə prosesi də tamamlanacaq.

 

“Müasir təhsil sisteminin tələblərini tam əks etdirmək, onlara cavab vermək üçün  bizdə bir məsələ var ki, ləngiyir. Və onun ləngiməsi bütövlükdə  təhsil sisteminin  məntiqli  şəkildə  səviyyələrinin bir-birinə bağlanmasını da müəyyən qədər ləngidir”.

 

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.

 

Onun  sözlərinə görə, bu ləngimə tam orta təhsilin 12 ilə keçməməsi ilə bağlıdır:

 

“Baxmayaraq ki, bu təhsil haqqında qanunda da öz əksini tapıb. Təəssüflər olsun ki, bu proses ləngiyir.  Biz qərb bakalavr, magistr  sistemini qəbul etmişik və 5 illik ali təhsili 4 ilə endirərək bununla kifayətlənirik. Onda  orta məktəbin təhsil ilini  artırıb, həmin qərb standartlarına tam uyğunlaşdırmalıyıq. Orta məktəbi  bitirib universitetə gələn gənc  son 11-12-ci sinifləri bir qədər ixtisaslaşmış təhsil  almalıdır. Və universitet təhsilinə hazırlaşmalıdır. Universitet 3 il yarımdır, yarım il isə təcrübədir. O zaman tələbə  bu müddətdə yalnız və yalnız  ixtisasına yönələr. Həmçinin ali təhsil müəssisləri də ümumi ali təhsil deyil, ixtisas təhsili verməyə istiqamətlənər. Düşünürəm ki, 12 illik orta təhsil haqqında daha ciddi qərarlar qəbul edilməsinin vaxtı gəlib çatıb”.

 

Qeyd edək ki, yaxın günlərdə AzEdu.az Azərbaycan İnşaat və Memarlıq Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə geniş müsahibəni təqdim edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir