Modern.az

Hüquqşünasın apellyasiya şikayəti təmin edilmədi

Hüquqşünasın apellyasiya şikayəti təmin edilmədi

8 İyun 2018, 20:02

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquqşünas Emin Aslanın barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. Modern.az xəbər verir ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, müdafiə tərəfi apellyasiya şikayətində E.Aslan barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun azadlığa buraxılması istəyirdi.

Qeyd edək ki, Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) təqsirli bilinərək, Nərimanov rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər