Modern.az

Masazırla Xırdalanın bir hissəsi işıqsız qalacaq

Masazırla Xırdalanın bir hissəsi işıqsız qalacaq

8 İyun 2018, 20:44

Xırdalan şəhərinin bir hissəsi və Masazır qəsəbəsinin elektrik enerjisi ilə təchizatında qısamüddətli fasilə yaranacaq. Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

 

Buna səbəb iyunun 8-dən 9-na keçən gecə saat 01:30-dan 02:00-dək Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişin həyata keçirilməsidir.

 

"Azərişıq" yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı