Modern.az

Qəzza toqquşmalarında 2 fələstinli öldü: 514 nəfər  xəsarət alıb

Qəzza toqquşmalarında 2 fələstinli öldü: 514 nəfər  xəsarət alıb

8 İyun 2018, 20:58

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bu gün Qəzzanın şərq sərhədində toqquşmalar nəticəsində 2 nəfər ölüb, daha 514 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə Əşrəf əl-Kidra qeyd edib.

İsrail tərəfinin hesablamalarına görə, bugünkü aksiyada 10-dək etirazçı iştirak edib.

Qeyd edək ki, martın 30-dan etibarən fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb.  Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 125 fələstinli ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir