Modern.az

Ədliyyə nazirinin istefası tələb olundu

Ədliyyə nazirinin istefası tələb olundu

8 İyun 2018, 21:29

Tbilisidə Ədliyyə Evinin qarşısında Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin istefası tələbi ilə aksiya keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, aksiyada bir neçə qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Etirazçılar bildiriblər ki, T. Tsulukiani müstəqil prokuror seçə bilməyəcək və buna görə də o, dərhal istefa verməlidir. Aksiya iştirakçıları “Tea, get!” şüarının olduğu qara şarları havaya buraxıblar.

Aksiya iştirakçıları həmçinin yeni ədliyyə nazirinin vətəndaş cəmiyyətinin konsensusu nəticəsində seçilməsini tələb ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər