Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

8 İyun 2018, 23:48

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 78,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,89 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 77,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,88 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 74,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 7-də 75,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər