Modern.az

Real TV üç ay sonra fasiləsiz yayıma keçəcək

Real TV üç ay sonra fasiləsiz yayıma keçəcək

Aktual

9 İyun 2018, 00:45

“Sentyabr ayından etibarən Real TV fasiləsiz yayıma keçəcək”. Modern.az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində bildirib.

 

Mir Şahin repartyor qrupunun 10-12 nəfərdən ibarət olduğunu, özünün də reportyorluq etdiyini, mühasib və texniki işçilərlə birlikdə, 45-50 nəfər arası komanda ilə çalışdığını deyib:

 

“Sentyabrda fasiləsiz yayıma keçəndən sonra ixtisaslaşmış informasiya kanalı kimi hiss edəcəyik. Etiraf edəcəm: bir az “Avronyus”u təqlid edirik, əməkdaşlarımız onları izləyir, bəhrələnir”.

 

Real TV rəhbəri ANS-dən fərqli olaraq, obrazlı və ibarəli cümlələrdən istifadə etmədiklərini, bir növ, “gözəlliyi” ikinci plana keçirdiklərini, hadisə yerindən doğru, dürüst, aydın reportaj tələbi qoyduqlarını bildirib.

 

Mir Şahin iddialı danışıb və qeyd edib ki, hazırda məşq edirlər, 6 aydan sonra isə Real TV Azərbaycan efir məkanında birnömrə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?