Modern.az

Azərbaycan millisi bu gün Latviyaya qarşı oynayacaq

Azərbaycan millisi bu gün Latviyaya qarşı oynayacaq

9 İyun 2018, 09:40

Yığmamız Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirəcək.

Modern.az xəbər verir ki, komandamız səfərdə Latviyanın qonağı olacaq. Riqada, “Dauqava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyunu olacaq. Bunadək Belarus və Qazaxıstana uduzan yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Qırğızıstana qalib gəlib.

9 iyun

Yoldaşlıq görüşü

19:00. Latviya – Azərbaycan
Hakimlər:
 Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır