Modern.az

Çinli hakerlər ABŞ sualtı qayıqlarının layihələrini oğurladı

Çinli hakerlər ABŞ sualtı qayıqlarının layihələrini oğurladı

9 İyun 2018, 09:59

Çinli hakerlər kiberhücum nəticəsində ABŞ hərbi dəniz qüvvələrinə aid sualtı qayıqların tərtibatı ilə bağlı məxfi sənədlərə giriş əldə edib.

 

Bu haqda “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar ABŞ-ın hərbi podratçı şirkətinin kompüter şəbəkəsini sındırıb və faktiki olaraq bütün məlumat bazasına yiyələnib.

 

Kiberhücum yanvar-fevral ayları ərzində baş versə də, ABŞ mətbuatı bu haqda məlumatı indi əldə edib.

Bundan başqa, çinli hakerlərin əlinə ultrasəs gəmi əleyhinə raketlərin tərtibatı ilə bağlı məxfi sənədlər keçib. Bu silahların ABŞ hərbi donanmasının arsenalına 2020-ci ildən etibarən daxil olacağı gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir