Modern.az

Ziyafət Əsgərov beynəlxalq təşkilatları qınadı: “...lazımi addımlar atılmayıb”  

Ziyafət Əsgərov beynəlxalq təşkilatları qınadı: “...lazımi addımlar atılmayıb”  

Aktual

9 İyun 2018, 09:59

Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırır.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqları işğal edilib:

"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları ədalətli qərarların qəbul edilməsinə çağırır. Lakin hələ də lazımi addımlar atılmayıb".

O əmin olduğunu bildirib ki, Alyansın sammiti münaqişələrin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına xidmət edəcək:

"Araşdırmamalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır. Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı