Modern.az

“Facebook” onlara isitfadəçilərin məlumatını oxumağa imkan verir

“Facebook” onlara isitfadəçilərin məlumatını oxumağa imkan verir

9 İyun 2018, 10:05

Məşhur sosial şəbəkə “Facebook” proqram təminatı ilə məşğul olan bir neçə şirkətə istifadəçilərin şəxsi məlumatlarına giriş imkanı verib.

 

Modern.az xəbər verir ki, “The Wall Street Journal” nəşri özəl mənbələrə, məhkəmə sənədlərinə və şirkət nümayəndələrinə istinadən bu məlumatı yayıb.

Şirkət 2015-ci ildə bu barədə öhdəlik götürməyinə baxmayaraq bir neçə nəhəng şirkətlərə bu imkanı yaradıb.

 

Sosial şəbəkə həmin şirkətlərlə bu barədə müqavilə də bağlayıb.

Bu siyahıya “Royal Bank of Canada” və “Nissan Motor” kimi şirkətlərin adları daxil olub.

Təqdim olunan məlumatlar sırasına isə telefon nömrələri və dostluq əlaqələri  haqda statistika daxildir.

 

“Facebook”dan isə bunun proqram təminatının görünüşü və yeni funksiyaların test olunması üçün edildiyi bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl də tanınmış sosial şəbəkənin adı texniki səhv səbəbindən 14 milyon istifadəçinin şəxsi məlumatlarının açıqlanması ilə qalmaqala cəlb olunub.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir