Modern.az

Avropalı vitse-prezident: Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq

Avropalı vitse-prezident: Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq

9 İyun 2018, 10:29

Avropa Şurasında Azərbaycanla bağlı qərəzli qərarların qəbul edilməsinə son qoymaq lazımdır.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Alyansın prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.

 

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən Prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssü kid, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub. Buna son qoymaq lazımdır".

 

Sabitliyin önəmini vurğulayan Y.Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil:

"Çox şadıq ki, Alyansımız da Azərbaycanla sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmayaraq, Azərbaycanın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da Odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?