Modern.az

Bakıda 56 yaşlı kişi güllələndi

Bakıda 56 yaşlı kişi güllələndi

9 İyun 2018, 11:31

Bakıda güllələnmə hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır