Modern.az

Sumqayıtda qeyri-adi oğurluq

Sumqayıtda qeyri-adi oğurluq

9 İyun 2018, 14:27

Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Ələkbərov saxlanılıb.

 

O.Ələkbərov bu il aprelin 8-dən mayın 3-dək olan müddətdə şəhər ərazisində ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 74 göyərçin, torpaq sahəsindən qapı çərçivəsi, 7 metr elektrik naqili, inşaat materialları və məişət əşyaları, velosiped, stomatoloji klinikanın qarşısından 2 ədəd palma ağacı oğurlamaqda şübhəli bilinir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!