Modern.az

Moskva və Tokio 73 ildən sonra sülh bağlaya bilər

Moskva və Tokio 73 ildən sonra sülh bağlaya bilər

9 İyun 2018, 15:10

Rusiya və Yaponiya sülhə doğru addım-addım irəliləyirlər.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə müsahibəsində səfir Työxisa Kodzuki bildirib.

 

“Yaponiya və Rusiya arasında sıx əlaqələr üçün artıq möhkəm təməl atılıb. Və biz addım-addım bizim əsas məqsədimizə - perspektivli bir yanaşma əsasında sülhün bağlanmasına yaxınlaşırıq” – Kodzuki bəyan edib.

 

Diplomat hər iki dövlətin ikinci dünya müharibəsinin bitməsinə baxmayaraq hələ də sülhün bağlanmaması ilə əlaqədar yaranmış anormal vəziyyətdən narazıdır.

 

Qeyd edək ki, Yaponiya və Rusiya ikinci dünya müharibəsinin nəticələri əsasında 70 ildir sülh müqaviləsinin bağlanması üçün müzakirələr aparır. Bu məsələdə əsas problem Kuril adalarının cənub hissəsidir. Belə ki, müharibə bitdikdən bütün Kuril ada zənciri SSRİ-nin tərkibinə daxil edilib. Lakin Yaponiya hələ də bu adalara (İturupa, Kunaşira, Şikotana və Xabomai qrupuna daxil adalara) iddia edir. Rusiya tərəfi isə iddiaları ləğv edərək bu adaların Rusiyaya aidliyinin şübhə doğurmadığını iddia edir.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər